Veteranların müavinəti heç olmasa 20-30 manat artırılsın

0
33

Müharibə veteranlarına verilən 80 manat müavinət heç olmasa 20-30 manat artırılsın. Hər dəfə bizi görəndə bu məsələni deyirlər. Bu vəsait onların kommunal xərclərinin ödənilməsinə verilmişdi. Qazı, suyun, avtobusun, metronun, liftin qiyməti qalxıb. Bu pul o vaxt təmin edirdi, indi təmin etmir.

Bunu Milli Məclisdə 2025-ci ilin büdcə müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

“Bəlkə də onların 30 faizi adını sərhəd bölgəsinə yazdırıb. Amma həqiqətən də əziyyət çəkənlər, döyüşənlər var. Onların haqqı nəzərə alınsın”, – deyə komitə sədri bildirib.