İntensiv yağışlar İtaliyanin əsas turizm şəhəri Venesiyada hərəkəti iflic edib.
Şəhərdə suyun səviyyəsi iyun ayı üçün xarakterik olmayan səviyyəyə – 116 santimetrə qalxıb.
Daşqın İtaliya hökumətinin iki gün əvvəl turistlərin Venesiyaya səfər etməsinə icazə verən qərarından sonraya təsadüf edib.
Mütəxəssislər qeyd edir ki, şəhərin sel sularına qərq olması Atlantik okeanında qeydə alınan fırtına ilə əlaqədardır.