Vahid Hacıyev: “Zəngilanın bərpasında BMT-nin inkişaf hədəfləri diqqətə alınır”

0
226

“Zəngilanın yenidənqurma və bərpasında BMT-nin dayanıqlı inkişaf hədəfləri diqqətə alınır”.

bunu Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, yenidənqurma prosesində yaşıl və ağıllı şəhər konspeti əsas götürülüb:

“Konstruksiya üçün bu ərazilərin minadan təmizlənməsi vacibdir və indiyə qədər Zəngilanda 4 200 hektar təmizlənib, 758 piyada əleyhinə mina, 483 tank əleyhinə mina aşkarlanıb”.

O, Ağalı kəndi barədə də qonaqları məlumatlandırıb. Qeyd edib ki, kənddə 200 evin inşası tamamlanıb və 150 evin tikintisi planlaşdırılır ki, bunlar da iki-üç mərtəbəli binalar və otel olacaq.