Vətən Müharibəsinə könüllü yollanmış şəhid gizirimizin həyat hekayəsi

0
421

Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanlardan biri də gizir Mustafalı Əlizamin Valeh oğludur.

13 iyul 1997-ci ildə Beyləqan rayonunda anadan olan Əlizamin əslən Qazaxlıdır.

O, 2015-ci ildə Sumqayıt Hərbi Komissarlığından hərbi xidmətə yola düşüb. 2017-ci ildə hərbi xidməti uğurla başa vuraraq geri dönüb. Hərbidə ixtisası DŞK pulemyot atıcısı olub.

2020-ci il iyul döyüşləri zamanı General Polad Həşimov Şəhid olandan sonra cəbhədə döyüşmək üçün könüllü yazılıb. Sentyabr ayında başlanan “Vətən müharibəsi” müddətində Qarabağda könüllü olaraq döyüşmək üçün müraciət edərək 29 sentyabr könüllü olaraq hərbiyə yollanıb.

Gizirlik rütbəsinə layiq görülüb. 21 oktyabrda şəhid olub. O, Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Yadigar və əmanət iki övladı qalıb.

Ruhu şad olsun!