Vətən Müharibəsi şəhidləri anılır

0
311

Qurbanov İsmayıl Yaşar oğlu 44 günlük Vətən müharibəsində şəhid olmuşdur.

Bu gün onun ikinci il dönümü qeyd olundu.
Tədbirdə rayon icra hakimiyyəti başçısı, nümayəndələri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi,Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, şəhid ailələri, qazilər, dogmaları, yazarlar, Qəbələ TV, Xəbər AZ medya nümayəndələri,kənd sakinləri, axundlar iştirak etdi.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş,ruhuna dualar oxunmuşdur.
Azərbaycan Dövlət himni səsləndirilmiş, bir dəqiqəlik sükutla yad edilmişdir.
Səhid ailələri, gələn qonaqlara çıxış üçün söz verilmişdi.
Qəbələ rayon Vəndam qəsəbəsi bir nömrəli orta məktəbin birinci A sinif şagirdi Ayla Abdurrahmanova şəhidlərə aid şeir söyləmişdir.
Eləcə də şəhid Rüstəm Atakişiyevin bacısının övladları Vətən şeirin səsləndirmişdilər.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova.
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri