Vətən mənə ogul desə nə dərdim, Mamur olub qayasında bitərdim… M. Araz

0
461


44 günlük Vətən müharibəsində qəhrəmannlıq dastanı yazan oğulların şəhadətə qovuşmasına ildönümü münasibətilə rayon icra hakimiyyətinin nümayəndələri, İNK rayon rayon nümayəndəliyinin rəhbəri , şəhid ailələri, qazilər hüquqi- mühafizə orqanları, idarə müəssiə,şairlər , məktəblilər şəhidin məzarını ziyarət edərək gül dəstələri qoymuş , xatirəsi anılaraq ruhuna dualar oxunmuşdu

Mikayılov Şöhrət İkram oğlu 2002ci il 26 fevralda Qəbələ rayon Zərgərli kəndində anadan olmuşdur.2008ci il Qəbələ rayon Zərgərli kənd 1saylı tam orta məktəbinə daxil olmuşdur.2019cu ildə Nic qəsəbə 4saylı tam orta məktəbi bitirmişdir.2019cu ildə komputer kursuna getmişdir və sertifkatla təltif olunmuşdur.2020ci il aprelin 2si hərbi xidmətə çağrılır və pandemiya səbəbindən mayın 5i çağrışa gedir.Hərbi xidmətini Beylaqan 006 çasta yerinə yetirmişdir.27.09.2020ci il 2ci Vətən müharibəsi başladığı gündən Füzuli.Zəngilan.Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Ən son bizimlə əlaqəsi 30 oktyabr Zəngilan rayonunda olarkən olub Şöhrətin bizə son sözləri hər şey yaxşıdır irəliyə gedirik Qələbə bizimdir.31 oktyabr 2020ci il Qubadlı istiqamətində gedən döyüşlərdə Şəhid olmuşdur.1noyabr 2020ci ildə Qəbələ rayon Zərgərli kənd qəbirsanlığında dəfn olunmuşdur.Ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif olunub.

Tədbir ata ocağinda ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

İctima Nəzarət Koalisiya Qəbələ nümayəndəliyinin rəhbəri