Vətənə borcumuzu necə ödəməliyik ?

0
1299

Allaha borclu olduğumuz kimi Vətənə də borcluyuq. Torpağında böyüdüyümüz, suyunu içdiyimiz, nemətlərindən faydalandığımız, gözəlliklərindən zövq aldığımız, gözəl insanları ilə ünsiyyət qurduğumuz, birgə yaşadığımız, sonunda torpağına qovuşduğumuz Vətən üçün nə etməliyik?
İlk növbədə Vətənə yararlı bir insan kimi böyüməliyik. Bütün qabiliyyətlərimizdən istifadə edib ətrafımızdakılara yararlı olmağa çalışmalıyıq. Vətənimizi və soydaşlarımızı qorumağa çalışmalıyıq.
Təkcə düşməndən deyil, içimizdəki xainlərdən də. Ölkə rəhbərinə inanmalıyıq əlimizdən gələni əsirgəməməliyik.
Hər birimizin kiçik bir xeyirxah addımı da vətən torpağının insanlıq həyatında bəşəri sevincin bir izi ola bilər.
Ölkə rəhbərliyinin qayda-qanunlarına da qeyd-şərtsiz əməl etməliyik. Vətənimizin abadlaşdırılmasında hər birimizin əməyi var. Əmək haqqlarından və yaşam ehtiyaclarımızı ödəmək üçün dövlətə köçürülən maddiyyat ölkənin inkişafına və yardıma ehtiyacı olanlara böyük bir köməkdir. Vergilərdən narazılıq etmək vətəni sevməmək deməkdir.
Amma qanunlara riayət etməyənlərə qarşı çıxmaq bizim borcumuzdur. Vətən xainlərinin daim olduğu bu dünyada mübarizə əzmimizi itirməməliyik.
Vətənə olana borclarımızdan biri də onu dünyada xoşluqla tanıtmaqdır. Baxmayaraq ki, artıq bütün dünya
bizi olduğumuz kimi tanıyır, təəssüf ki, ehtişamımızı gözü götürməyən şər qüvvələr də var. Xarici siyasətimizə əngəl törədən yerli ünsürlərlə də mübarizə aparmalıyıq. Ən önəmlisi hər kəs bacardığı işə əl atmalıdır. Və öyrənməkdən də heç vaxt vaz keçməməliyik.
Bacarmadıqlarımıza heyfsilənməyək. Bacarıqlarımızın qəbul edilməməsinə də. Ümidimizi itirməyək, mübarizəmizi dayandırmayaq. Vətənimizin istiqbalı naminə atdığımız hər bir addımı görənlər və sevənlər olacaq. Ən əsası ürəyimizdən vətən sevgisi heç bir zaman tükənməsin. Vətənə olan borcumuzu bu sevgi və apardığımız mübarizə ilə ödəmiş olaq.

Sənubər