ÜST-dən koronavirusla bağlı XƏBƏRDARLIQ

0
172

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus koronavirusla bağlı xəbərdarlıq edib.

Bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

ÜST direktoru maska taxmağı və COVID-19-a qarşı peyvənd olunmağı bərpa etməyə çağırıb.

“COVID-19, qrip və digər patogenlərin yaratdığı tənəffüs yoluxucu xəstəliklərin sayı bir neçə həftədir ki, bir çox ölkədə artmaqdadır və bayramlardan sonra da davam edəcəyi gözlənilir”, – Qebreyesus bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri, həmçinin, COVID-19 üçün testlərin keçirilməsini və zəruri hallarda həkimlərdən tibbi yardım almağa çağırıb. O, bütün ölkələrin hakimiyyət orqanlarına testlərə və vaksinlərə çıxışı təmin etməyi, həmçinin virusun mümkün mutasiyalarını izləməyi tövsiyə edib.