UNUDULMAZ GÖRÜŞLƏR….

0
230

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində(DAMM)tanınmış ziyalılar,xarıcı ölkələrdə yaşayan həmkarlarımız,yazıçı,şair,elm və incəsənət adamları ilə keçirilən hər bir görüş yaddaqalandır.Belə ki bu yaxınlarda Fransada yaşayan türk əsilli yazıçı-şairə,sülh carçıısı Karolina Levent Turunc və onun yaxın rəfiqəsi,İstanbulda yaşayan məşhur türk kino aktrisası Səbahat Adalar ilə möhtəşəm tədbirlərimiz oldu.Onlarla Mərkəzimizdə təşkil etdiyimiz görüşdə “Yazarlar” jurnalının təsisçisi və redaktoru Zaur Ustac,’Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB -nin sədri Rada Abbas,”Təzadlar”qəzetinin redaktoru Asif Mərzili,həmin qəzetin nəzdində fəaliyyət göstərən tele-studiyanın aparıcısı Yasəmən Məmmədli və digər ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Qonaqlar respublikamızda keçirilən Beynəlxalq konfransdakı çıxışlarından,paytaxtımızın gözəlliyindən,insanlarımızın qonaqpərvərliyindən agız dolusu fəxrlə danışdılar..
Fransalı yazıçı şairə Karolin Turunca ədəbi yaradıcılıgındakı ugurlarına və fəal iştirakına görə DAMM- nin Fəxri Diplomunu təqdim etdik.Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşərdi ki, Karolina xanım Uluslararası Engrellər,Yaşlılar ,Kimsəsizlər, Fedarasyonu UTEF Paris başqanıdır ..O,bir-birindən maraqlı “”Şərqlə Şimal arası”,”Çöl zanbagı”və s.kitabların müəllifi ,İstanbulda dərc olunan “Özgür İfadə”qəzetinin yazarıdır.Təsadüfən həmin gün onun ad günü olduguna görə hər bir kəs onu təbrik etməklə yanaşı hədiyyələr-“Xarıbülbül “döş nişanları ,Rada Abbasın “Zəngəzur:Sabaha hesablanmış işgal” video diski
də bagışlandı.
Türkiyənin məşhur kino aktrisası Səbahat Adalara da müxtəlif hədiyyələr-onun xoşladıgı.müxtəlif kitablar,döş nişanı bagışlandı .Sonra aparıcı Yasəmən xanım onları studiyaya dəvət edərək maraqlı yaddaqalan bir veriliş təşkil etdi.
Ardınca onları AYB -nə apardıq.Burada AYB-nin katibi ,hörmətli yazıçımız Elçin Hüseynbəyli xarıcı qonaqlarımızla ədəbi yaradıcılıq sahəsində aparılan işlərdən ,əməli fəaliyyətlərindən maraqlı məlumatllar verdi. Elçin müəllim kino aktrisaya mono tamaşa üçun özünün yazdıgı kitabı hədiyyə verdi.Eyni zamanda Karolin xanıma da öz yaradıcılıgıyla baglı kitab hədiyyə etdi.Qonaq xanımların onları maraqlandıran suallarına ətraflı cavab verən Elçin müəllim onlara fəaliyyətlərində ugurlar arzuladı.Xatirə şəkilləri çəkildi.
Şəhərimizdə qonaq olan xarici turistləri ilk növbədə tarixi abidələrimiz ,mədəniyyət mərkəzləri, Qız Qalası,İçəri şəhər ,qədim memarlıq nümunələri maraqlandırır. Bunları nəzərə alaraq həmin gün İçərişəhərdə “NUR Art House”qalareyasının dəstəyi ilə “Azərbaycan xalçaçıları”İB- nin üzvü, istedadlı xalçaçı-rəssam Natiq Nəcəfzadənin “Zəfər:qədim və müasir naxışlarda” adlı xalça eskizləri sərgisinin baglanışında iştiraklarını da təmin etdik.
Xovsuz və xovlu xalça eskizləri xalqımızın milli kimliyini və Zəfərə aparan keşməkeşini özünəməxsus bədii ifadəsi ilə həm rəng,həm də sözlə təsvir edərək sülh ,sabitlik,firavanlıq və qəhrəmanlıq keyfiyyətlərimizin təcəssümüdür.Xalça bizim yaşam tərzimizin,Vətənə məhəbbətimizin,iqtisadi durumumuzun,adət-ənənələrimizin canlı obrazıdır.Qonaqlarımız xalçaları seyr etmiş və çıxışlarında gördüklərindən məmnun olduqlarını bildirmişlər.Onu da deyim ki, Karolin x.Turunc Fransaya qayıdan kimi Bakı təəəssüratlarını həm radiodakı çıxışında ,həm də fransada çıxan qəzetdə dərc etdirmişdir.Hal hazıra kimi hər iki xanım bizimlə sıx əlaqə saxlayır,yaradıcı ədəbi ugurlarının sevinclərini bizimlə bölüşürlər.Belə ki ,Karolin xanım Çındə,Misirdə və digər ölkələrdə keçirilən konfranslarda,tədbirlərdə etdiyi hər bir çıxışı haqqında maraqlı məlumatlar verir…..

Ümummilli liderimiz H.Əliyevin anım .günləri hər yerdə keçirilir .Belə bir tədbir də C.Cabbarlının ev muzeyində keçirildi.Təbdirin təşkilatçısı görkəmli şairin nəvəsi Qəmər Seyfəddinqızidır..
Tədbirə müxtəlif muzeylərin rəhbərləri,tanınmış şairlər,elm adamları ictimaiyyət. nümayəndələri ,universitet tələbələri və b.dəvət olunmuşdu.Giriş sözüylə çıxış edən Qəmər xanım H.Əliyevin və Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə işə başladı..Respublikamızın himni səsləndirildi.
Sonra Qəmər xanım H Əliyevin C.Cabbarlıya olan diqqətindən ,video -roliki nümayiş etdirməklə hamının nəzərinə çatdırdı.
-Tələbələrin söylədikləri ,bir birindən maraqlı səslənən şeirləri,C.Novruz fondunun əməkdaşı,”Gün az.az saytının redaktoru Rəsmiyyə Heybətagaqızının özünə məxsus ahəngiylə söylədiyi şeirlər və digər çıxışlar ulu öndərə olan sonsuz məhəbbətdən xəbər verirdi….Qəmər xanım tədbir iştirakçılarına bu ocaga gəldiklərinə görə təşəkkür etdi…
Nəzakət Eminqızı(Kərimova Əhmədova),AJB-nin üzvü,DAMM-nın Ekspertlər Şurasının sədri,”Yazarlar”jurnalının əməkdaşı,yazar-publisust.