Xarkov vilayətində uşaqlı ailələr Rusiya ilə sərhədə yaxın yerləşən 47 yaşayış məntəqəsindən məcburi şəkildə təxliyə olunacaq.
Bu barədə Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat yayıb.
Onun sözlərinə görə, məcburi təxliyə ilə bağlı qərar Regional Müdafiə Şurasının iclasında qəbul edilib.
“Söhbət yalnız Xarkov, Boqoduxovski və İzyum rayonlarında Rusiya Federasiyası ilə sərhədə yaxın yaşayış məntəqələrindən gedir. Bizdə olan məlumata görə, müəyyən yaşayış məntəqələrində 182 uşaq yaşayır”, – deyə Sinegubov bildirib.
O qeyd edib ki, təxliyənin Xarkov şəhərinə aidiyyəti yoxdur.
Qurum rəsmisi bildirib ki, təxliyə marşrutları müəyyən edilib, insanların müvəqqəti yaşaması üçün yerlər bronlaşdırılıb.