Ötən il 248 terror aktının qarşısı alınıb.
Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.
S.Soylu qeyd edib ki, yeni ildən sonra isə 21 terror aktının qarşısı alınıb.
“Bir tərəfdən bunları edirik, digər tərəfdən də terror qruplaşmasının övladlarımızı aldatmasının qarşısını alırıq”, – deyə türkiyəli nazir bildirib.