Türkiyəli müğənni Mert Demirin məşhur mahnısı oğurluqdur? – Məhkəməyə verildi

0
11

Məşhur türkiyəli müğənni Mert Demirin tanınmış “Antidepresan” mahnısının plagiat (oğurluq) olması ittihamı ilə bağlı ekspertiza hesabatı açıqlanıb. Sözügedən hesabat məhkəmə prosesi zamanı qeydə alınacaq.

Məlumata görə, Mert Demirin mahnısının plagiat olduğu iddiası məşhur müğənninin pərəstişkarlarına böyük şok yaşadıb.

Belə ki, Merve Holefter adlı qadın müğənni “Antidepresan”ın nəqarət hissəsinin özünün “Alınsam” mahnısının nəqarəti ilə eyni olduğunu bildirib, maddi və mənəvi hüquqların pozulması ittihamı ilə prokurorluğa müraciət edib.

Prokurorluq MSG-dən (Musiqi Əsərləri Sahibləri Peşəkar Birliyi Qrupu) hər iki mahnının araşdırılmasını tələb edib.

MSG-nin ekspert komissiyası “Antidepresan” və “Alınsam” mahnılarının ciddi şəkildə bənzərlik təşkil etdiyinə dair hesabat hazırlayıb. Mert Demir bu hesabata etiraz etdiyü üçün ekspert komissiyası daha bir ekspertiza keçirib. Eyni qənaətə gələn komissiya hesabatı eyni nəticə ilə yeniləyib.

MSG-nin ekspert komissiyası tərəfindən hazırlanan hesabat məhkəmədə mühüm məlumat kimi istifadə olunacaq. Bu halda Merve Holefter böyük ehtimalla, açdığı təzminat işini qazanacaq. Bu zaman Mert Demir Holefterə 2 milyon lirə (təxminən 94 min manat) mənəvi, 10 min lirə (467 manata yaxın) də maddi təzminat ödəyəcək. Həmçinin Merve Holefter “Antidepresan”ın qonorarından da pay alacaq.