Türkiyədən suriyalı qaçqınlarla bağlı qərar

0
9

Türkiyənin Ticarət Nazirliyi qaçqınların Suriyaya getmələrinə nəzarətin sadələşdirilməsi üçün sərhəd gömrük məntəqələrinə göstəriş göndərib.

Bundan sonra vətənə qayıtmaq istəyən suriyalılar Türkiyədən avtomobil, pul və zinət əşyalarının ixrac edilməsi üçün gömrük bəyannamələrini sadələşdirilmiş formada doldura biləcəklər.

Qərar qaçqınların Suriyaya sürətlə qayıtmaları yolunda maneələrin aradan qaldırılmasına yönəlib.