Donbas bölgəsindəki konfliktin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyirik.
Bu sözləri Ukraynada işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Donbasda atəşkəsin ara-sıra pozulmasına baxmayaraq, davam etməsindən məmnunuq”, – deyə türk nazir bildirib.
Çavuşoğlu həmçinin əlavə edib ki, Türkiyə hökuməti Krımın qeyri-qanuni ilhaqını tanımır.