İsrailin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 2572 yaşayış məntəqəsinin inşası istiqamətində atdığı addımı kəskin şəkildə qınayırıq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
XİN-dən qeyd olunub ki, İsrail sözügedən addımı ilə Fələstin dövlətinin qurulmasını əngəlləməklə təhlükəli mövqe sərgiləyir:
“Bölgədə sülhün təmin edilməsinin qarşısı bu hərəkətlərlə alınır. Fələstin xalqının hüquqlarını və torpaqlarını qorumaq üçün beynəlxalq birliyi hərəkətə keçməyə çağırırıq”.