Türkiyənin 24 əyalətində narkotacirlərə qarşı əməliyyatlar keçirilib.
Əməliyyatlar Adıyaman, Afyonkarahisar, Antalya, Aydın, Balıkesir, Batman, Denizli, Diyarbakır, Edirne, Hakkari, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Malatya, Manisa, Mersin, Sakarya, Samsun, Tokat, Uşak ve Vanda sosial şəbəkə vasitəsilə narkotik vasitə satmaqda şübhəli bilinən şəxslərə qarşı aparılıb.
Nəticədə 412 kq narkotik vasitə, eləcə də 367 min 431 həb ələ keçirilib. 202 şübhəlidən 122-si haqqında həbs qətimkan tədbiri seçilib. 80 şübhəli isə şərti sərbəst buraxılıb.
Araşdırmalar davam etdirilir.




