Türkiyədə koronavirusdan ölənlərin sayı bu gün daha 117 nəfər artaraq, 2376-a çatıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Son 1 gün ərzində 3083 nəfər virusa yoluxub. Bununla da, yoluxanların sayı 98 mini ötüb.
Ümumilikdə 16477 nəfər sağalıb.