Türkiyənin Elazığ bölgəsində 5,3 bal gücündə zəlzələ baş verib.Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Saat 09:37-də qeydə alınan zəlzələnin 15,94 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu zəlzələ ilə əlaqədar verdiyi açıqlamada “Bütün komandalarımız ərazidəki araşdırmalarını davam etdirir. Bu barədə sizi məlumatlandırmağa davam edəcəyik”, – deyə qeyd edib.