Türkiyə Ukraynanı böyük məğlubiyyətdən belə qoruyur – Səfir DETALLARI AÇIQLADI

0
21

“Türkiyənin Bosfor və Çanaqqala boğazlarını hərbi gəmilərin keçməsi üçün bağlaması Ukraynanın müdafiəsində əsas mərhələlərdən biri olub”.

“Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

Diplomatın fikrincə, bu, Rusiya Federasiyasına dənizdə Ukrayna Hərbi Dəniz Qüvvələri qarşısında üstünlüyündən istifadə edərək döyüş bölgəsində irəliləməyə və Odessa və Nikolayevi nəzarətə götürməyə imkan verməyib.

Bodnar həmçinin qeyd edib ki, Türkiyə hərbi əməliyyatların başlamasından sonra ciddi nəqliyyat mərkəzinə çevrilib və “taxıl müqaviləsi”nin bağlanmasında Ankaranın rolu böyük olub.

Xatırladaq ki, Türkiyə 2022-ci ilin martında Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatına başladıqdan sonra Qara dəniz boğazlarını bütün ölkələrin hərbi gəmiləri üçün bağlayıb.

Bir gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və Avropanın Ukraynaya silah tədarükünün qlobal müharibə kimi qələmə verilə biləcək vəziyyətə gətirib çıxardığını bildirib .

Fidan bildirib ki, Ankara Ukrayna və Qəzza zolağında münaqişələrin “fay xətlərinin dərinləşdiyini, müəyyən oyunçuları bir araya gətirdiyini və qütbləşməni artırdığını” görür.