Türkiyə Super Liqasının aqibəti sabah bəlli olacaq.
Mayın 5-də TFF rəsmiləri idman və səhiyyə nazirliyi əməkdaşları ilə birgə toplantı keçirəcək.
Daha öncə İdman və Gənclik Naziri Muharrem Kasapoğlu liqaların başlaması üçün təqvimin hazırlandığını açıqlamışdı. Ancaq oyunların davam etməsinin futbolçuların sağlamlığı üçün hər hansı təhlükə yaradıb-yaratmayacağına səhiyyə nazırliyi qərar verəcək.
Əgər mövsümün bərpasında problem olmasa, qarşılaşmalar iyunun ortasında başlayacaq və görüşlər azarkeşsiz keçiriləcək.