Türkiyə şirkətindən koronavirusla mübarizədə Azərbaycana yardım

0
362

Türkiyənin əczaçılıq sahəsinin liderlərindən olan “Abdi İbrahim” şirkəti fəaliyyət göstərdiyi Qazaxıstan, Əlcəzair və Azərbaycana dəstək məqsədilə tibbi yardım etməklə bağlı qərar verib.

Xaricdə fəaliyyət göstərən şirkət olaraq atdığımız hər addımda ölkəmizin brendinə dəstək vermək məsuliyyətini dərk edirik. Bu mənada üzərimizə düşən tapşırıqları tam yerinə yetirmək üçün 100 min ədəd xlorokin fosfat həbi və 7000 ədəd asetilsistein tərkibli məhsullumuzu “Abdi İbrahim Global Pharm” şirkətimiz vasitəsilə ikinci evimiz Qazaxıstana hədiyyə etdik.

Əhəmiyyətli investisiyamızın olduğu Əlcəzairə oradakı şirkətimiz “Abdi İbrahim Remede Pharma” vasitəsilə 100 min ədəd həb hədiyyə etmək qərarını verdik. Bizim üçün çox vacib olan digər bir ölkə – Azərbaycana isə 50 min ədəd xlorokin fosfat tərkibli dərman preparatımızdan hədiyyə edəcəyimizi rəsmilərə bildirdik”, – deyə “Abdi İbrahim” şirkətinin idarə heyətinin sədri Nezih Barut bildirib.

Qeyd edək ki, Türkiyənin “Abdi İbrahim” şirkətinin Azərbaycana da hədiyyə edəcəyi xlorokin fosfat tərkibli dərman preparatı koronavirusun müalicəsində istifadə olunur.