Türk malları BAHALAŞIR: inflyasiya 48 faizi ötüb

0
270

Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar ayı inflyasiya məlumatlarını açıqlayıb. Rəsmi məlumata görə illik inflyasiyası 48,69 faizə yüksəlib. Bununla da inflyasiya səviyyəsi 2002-ci ilin aprelindən bəri ən yüksək həddə çatıb. Yalnız yanvar ayında qiymətlər 11,1 faiz artıb. “Bloomberg”in məlumatına əsasən, yanvarda bahalaşmanın 46,5 faiz olacağı gözlənilirdi. Türkiyəli iqtisadçı Haluk Bürümçəkçi, məlumatları dəyərləndirərkən qeyd edib ki, inflyasiya səviyyəsi keçən ildən daha yüksəkdir. Onun fikrincə, türk lirəsinin dəyər itirməsi bahalaşmada əsas rol oynayıb:  “Həm ərzaq, həm də qeyri-ərzaq mal qrupları üzrə bahalaşma lirənin dəyər itirməsindən qaynaqlanır. Yerli qurumlar bahalaşmanın 46,5 faiz səviyyəsində gözləyirdilərsə, xarici təşkilatlar 48 faizin üzərində proqnoz vermişdi”. İqtisadçı lirənin ucuzlaşması ilə bərabər yüksələn elektrik enerjisi və təbii qaz qiymətlərinin də bahalaşma prosesini gücləndirdiyini söyləyib. Qeyd edək ki, Türkiyədə inflyasiya səviyyəsinin may ayına qədər yüksələcəyi təxmin edilir