“Türk Hava Yolları”na məxsus B777-F tipli yük təyyarəsi İstanbulun “Atatürk” hava limanından havaya qalxandan az sonra geri dönərək təcili eniş etməli olub.
Şirkətdən verilən məlumata görə, buna təyyarənin gövdəsində quş sürüsü ilə qarşılaşma nəticəsində nasazlıq yaranması səbəb olub.
Həmçinin bildirilir ki, TK6220 saylı karqo təyyarəsi İstanbul-Almatı istiqamətində hərəkət edirmiş.