Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan Türkiyəyə qayıdarkən jurnalistlərlə görüşüb.
Ərdoğan Donald Trampın qalib gəldiyi Amerika prezident seçkilərinin nəticələri kontekstində ABŞ-Türkiyə münasibətlərindən danışıb.
“Türkiyə olaraq müttəfiqimiz Amerika Birləşmiş Ştatlarından gözləntilərimiz məlumdur. Xüsusilə, Fələstin problemi və Rusiya-Ukrayna böhranı, eləcə də bir sıra başqa sınaqlarla üzləşdik. Türkiyə-ABŞ əməkdaşlığı bunların öhdəsindən gələ bilər”, – deyə Ərdoğan bildirib.
“Biz əvvəlki prezidentlik dövründə cənab Trampla birlikdə işləmişik. Hətta bəzən fikir ayrılıqları olsa belə, Türkiyə ilə ABŞ arasında tərəfdaşlıq modeli müzakirə olunmur”, – deyə Ərdoğan yekunlaşdırıb.