Trampa qarşı koronavirusla bağlı ittiham – Video

0
341

 

Trampa qarşı koronavirusla bağlı ittiham

Nyu-Yorkun Taym-skver meydanında koronavirus ölümlərinə görə ABŞ Prezidenti Donald Trampı günahlandıran bir banner asılıb.

Rejissor Yucina Yareski tərəfindən hazırlanmış bannerdə ABŞ Prezidentinin fəaliyyətsizliyi səbəbindən baş verən koronavirus ölümlərinin təxmini sayını əks edən sayğac yerləşdirilib.

Bununla Yareski Trampı koronavirus ölümlərinə qarşı kifayət qədər qabaqlayıcı tədbir görməməkdə günahlandırıb: “Bu ağrı unudula bilməz. Bu günə qədər on minlərlə amerikalı rəhbərliyin vaxtında fəaliyyət göstərməməsi və uğursuzluğu səbəbindən həyatını itirib”.

“Trumpdeathclock.com” saytında da yerləşdirilən sayğacda hazırda 51 868 nəfərin koronavirusa qarşı vaxtında tədbir görülməməsi səbəbindən həyatını itirdiyi bildirilib. Saytda qeyd olunan məlumata görə, Tramp administrasiyası yanvar ayında koronavirus epidemiyası ilə bağlı xəbərdarlıq alsa da martın 16-na qədər hərəkətə keçməyib. Epidemioloqların hesablamalarına görə, əgər vaxtında lazımı tədbirlər görülsəydi, ölümlərin 60 faizinin qabağını almaq olardı.

Qeyd edək ki, hazırda ABŞ-da 1 457 593 insan koronavirusa yoluxub, 86 912 nəfər xəstəlik səbəbindən həyatını itirib.