Tramp üçün mərc: amerikalılar bu qədər pul yatırdılar

0
25

ABŞ-da prezident seçkilərinə saatlar qalmış mərc saytlarında, eləcə də sorğu şirkətləri və mediada hansı namizədin qalib gələcəyi ilə bağlı ciddi müzakirələr gedir.

ABŞ-ın ən böyük birjalarından biri olan “Kalshi”yə görə, amerikalılar qanuni olaraq prezident seçkilərinə 123 milyon dollardan çox pul qoyurlar.

“Kalshi”yə mərc edənlərin əksəriyyəti keçmiş prezident Donald Trampın qalib gələcəyini gözləyir. Cümə gününə olan məlumata görə, mərc edənlər Trampın udmaq ehtimalının 48 faiz olduğunu bildiriblər.

Trampın qazanma ehtimalı kriptovalyuta ticarət platforması “Polymarket” və Böyük Britaniyada yerləşən iki böyük mərc platforması “Sporting Index” və “Betfair Exchange”də də 59 faizdən yuxarı olub.

Bu ilki seçki mövsümündə mərc oyunları qanuniləşib. Qanuniləşmədən əvvəl platformalarda milyonlarla dollar toplandığı düşünülür.

Demokratların namizədi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi Donald Trampın gərgin mübarizə apardığı seçkilərin yaxın tarixin ən rəqabətli mübarizələrindən biri olacağı gözlənilir