44 günlük Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizdən biri də Səlimxan Bayramovdur.
S.Bayramov müharibəyə yollanarkən nişanlı olub. Onun arzuları kimi toy hazırlıqları da yarımçıq qalıb.
Şəhidin babası Fariz Rüstəmov bildirib ki, S.Bayramov onun ilk nəvəsi olub.
“Toyuna hazırlaşırdıq, amma şəhid xəbəri gəldi”.
Başqa şəhidlər kimi S.Bayramov da bu uca zirvəyə qalxacağını əvvəlcədən hiss edib.
“Şəhidlərin qanı yerdə qalmadı” deyən Bayramovlar ailəsi Qarabağın işğaldan azad edildiyi üçün böyük sevinc yaşadıqlarını bildiriblər.