TORPAĞI VƏTƏNƏ ÇEVİRƏN ŞƏHİDLƏR

0
468

Qəbələ rayon Savalan kənd Şəhid Mikayıl Əhmədovun anım günü qeyd olundu.

Tədbirdə Savalan kənd ümümi orta məktəbin müəllim kollektivi öz şagirdlər ilə, şəhid ailələri, qazilər, imam Mehman Şəfiyev, Qəbələ TV, Xəbər Az medya nümayəndələri, ” Xarıbülbül Ədəbi Məclisin”, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəz Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri, kənd əhli, Qanun qəzetinin nümayəndəsi Simuzər xanım, Vəndam qəsəbəsinin hazirlıq şagirdi Ayla iştirak etdilər.

Şəhidin ruhuna dualar oxunub, məzarına gül dəstələri qoyuldu.
Şəhid ailələrinə söz veriıdi, sonra Savalan ümmi orta məktəbin şagirdləri öz şeirlərini ərmagan etdi.

Mikayılın haqqında bacıları danışdı.

Əhmədov Mikayıl Hümbət oğlu 24 iyul 1993- cü ildə Qəbələ rayon Savalan kəndində əkiz qardaşı ilə birlikdə dünyaya göz açıb

2011 – ci ildə hərbi xidmətə yola düşür.
2013- ve ildə hərbi xidməti başa vurub evə qayıdır.

Mikayılın arzusu şəhid olmaq olur, dostlarına deyirmiş ki, o zirvəyə ucala bilmədim.

2020 – ci il Tovuz hadisələri zamanı General Mayor Polad Haşımov və digər əsgərlərin şəhid oldugun eşidəndə deyirdi ki, çox şanslıdırlar.O ada, o zirvəyə hər kəs ucala bilməz.

|| Qarabağ döyüşləri zamanı cəbhədə vuruşan əsgərlər üçün kənddən yardım toplayıb aparar, döyüşə gedən uşaqlara hərbi komissarlıqdan yola salardı. Uşaqları yola salıb gələndə özünü heç yaxşı hiss etmirdi.
Mühibəyə getmək üçün can atırdı.

2020- ci il 5 oktyabr günü səhər radələrində evə zəng vurub, bildirir ki, mən də bu vətən üçün döyüşə gedirəm, vətən dardadlr.

Əvvəlcə Agcəbədi rayonuda oldu. Oktyabrın 21 günü döyüş bölgəsinə yollandı.
Füzuli, Zəngilan ugrunda qəhrəmancasına vuruşub.
Qubadlının alınmasında istirak etmişdi. Şuşanın müdafiəsinə qalxarkən Daşaltıda ,Noyabrin 2- si günü yanındakı üç yoldaşı ilə birlikdə şəhid olur.
Noyabrın 3- ü günün doguldugu boya- başa çatdığı Savalan kənd məzarlığında dəfn olunur

Ölümdən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev İgidliyə görə medalı, Vətən uğrunda medalı, Şuşanın ugrunda, Füzulinin ugrunda, Qubadlının ugrunda medalları ilə təltif olunmuşdur.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir

Allah rəhmət eləsin şəhidlərimizə.

Cənnətdə doğum gününü mübarək olsun şəhidim

Təranə Alməmmədova

” Xarıbülbül Ədəbi Məclisin”, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəz Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri