Tibbi maskaların böyük endirimlə satılması adı ilə istifadəçilərin şəxsi məlumatlarını ələ keçirən veb-sayt aşkarlanıb.
Bu sayta daxil olan istifadəçilər özləri, CVV daxil olmaqla kredit kartlarının nömrələri barədə məlumatları təqdim edirlər.
ESET mütəxəssisləri hesab edir ki, bu, yalnız başlanğıcdır və analoji kiberhücumların sayı artacaq.
Bunu nəzərə alaraq, istifadəçilərə informasiya təhlükəsizliyinin təməl qaydalarına riayət etmələri, tanımadıqları mənbədən alınan elektron məktubları açmamaları, həmçinin pandemiya barədə məlumatları yalnız rəsmi mənbələrdə axtarmaqları tövsiyə olunur.