“Telegram” sözə baxmadı, Rusiya CƏZALANDIRDI

0
14

Moskvanın Taqanski Məhkəməsi “Telegram” messencerini homoseksual münasibətlərə həsr olunmuş kanalları silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib.

Sənədə əsasən, messencer Rusiya qanunvericiliyində belə məlumatların silinməsi öhdəliyi nəzərdə tutulduğu halda sayt sahibinin məlumatı silməməsi maddəsi ilə təqsirli bilinib. Ümumilikdə Roskomnadzor mütəxəssisləri eynicinsli münasibətlərə həsr olunmuş 10 kanal müəyyən ediblər.

Mayın 20-də Moskva məhkəməsi iki inzibati qayda pozuntusuna görə “Telegram Messenger Inc” şirkətini ümumilikdə 2,8 milyon rubl məbləğində cərimələyib. Birinci pozuntu mesajlaşma xidmətlərinin təşkilatçılarına qoyulan tələblərə əməl edilməməsi ilə bağlıdır. İkinci hal fərdi məlumatlar haqqında qanunun pozulması ilə bağlıdır.

Apreldə Moskvanın Taqanski Məhkəməsi Roskomnadzorun tələbi ilə bir sıra kanalları silməkdən imtina etdiyi üçün “Telegram”ı 7 milyon rubl cərimələyib. Məhkəmə müəyyən edib ki, messencer “ekstremist fəaliyyətə çağırışların yer aldığı məlumat və ya internet səhifələrini” silə bilməyib.