Tehran metrosu hazırda sığınacaq kimi istifadə olunur

0
73

Tehran metrosu hazırda hava hücumlarından qorunmaq üçün sığınacaq funksiyasını yerinə yetirir.

Bu barədə “NourNews” agentliyi İran paytaxtının hökumət orqanlarına istinadla məlumat yayıb.

Bildirilir ki, Tehran metrosu 24 saatlıq iş rejiminə keçib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramına qarşı yönəlmiş “Oyanan şir” adlı hərbi əməliyyata başlayıb.