“Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) aksiyalar zamanı qanunazidd əməllərə görə, dərhal və ciddi tədbirlər görür”.
Bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze dekabrın 3-də axşam saatlarında keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, aksiyalarda qanun pozuntusuna yol vermiş 293 nəfər inzibati qaydada saxlanılıb. Polisə hücum etdiklərinə və əmlaka ciddi ziyan vurduqlarına görə 5 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Daha 43 nəfər cərimələnib, 41 nəfər inzibati qaydada həbs olunub.
Nazir müavini deyib ki, aksiyalar zamanı 143 polis əməkdaşı xəsarət alıb. Onlardan 3 nəfəri xəstəxanalarda müalicəsi davam edir.