Tarixdə bu gün” Xocalı” soyqırımı

0
195

Bu gün Qəbələ rayon Cümə məscidində ” Xocalı” soyqırımına həsr olunmuş tədbir keçirildi.

Tədbirdə məscid müəllimləri, şagirdləri,Oğuz şəhid ailələri, Qəbələ şəhid ailələri , təşkilat nümayəndələri iştirak etdi.

Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

“Xocalı ” faciəsi qanlı bir tarix kimi yaddaşlara yazıldığı , erməni terrorçularının törətdiyi faciədən danışıldı.

Şagirdlər şeirlər söyləmiş, kompazisiya nümayiş etdirmişdir.

Tədbir çay süfrəsi arxasında davam etmişdir

Allah rəhmət eləsin şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin sədri