XALQIN SEÇİMİ-HAQQIN, ƏDALƏTİN ZƏFƏRİ
Müzəffər Ali Baş Komandan İlham Əliyev növbədənkənar prezident seçkilərində (7 fevral 2024-cü il) bir daha xalqın etimadını qazandı
Seçmək-seçilmək vətəndaşın konstitusion hüquqlarından biridir. Bu seçim hər kəsin ona verilən azad şəkildə seçmək və seçilmək haqqıdır. Şükürlər olsun ki, sovet imperiyasının süqutundan sonra respublikamızda da xalqımızın azad seçim haqqı-hüququ bərpa edildi.
Müstəqillik illərində keçirilən seçkilər bir daha göstərdi ki, xalq heç vaxt seçimində yanıla bilməz. Azərbaycan xalqının etimadını dəfələrlə qazanmış İlham Əliyev növbəti dəfə 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində 92 faizdən artıq xalqın səsini qazanmaqla bir daha bunu təsdiqləmiş oldu.
Səsverməyə qədər keçirilmiş seçki prosesi fevralın 7-də bir daha öz müsbət nəticəsini göstərdi. Arzu və istəklərini ifadə etmək üçün seçki məntəqələrinə yollanananlar arsında erməni vandalizminin siyasəti nəticəsində doğma yurd-yuvasından məcburi köçkünə çevrilmiş həmvətənlərimiz də az deyildi. Kəlbəcərlilərin 123 saylı Kəlbəcər seçki dairəsinin Bakı və Sumqayıt ərazilərindəki seçki məntəqələrinə həvəs və maraqla gəlmələrinin səbəbi bir idi: onlar özlərinin layiqli namizədinə səs verməklə, layiqli namizədinə məhəbbətlərini ifadə etmək.
123 saylı Kəlbəcər dairə seçki komissiyasının sədri Adil Murtuzayevdən aldığımız məlumata görə, respublikanın əksər rayon və şəhərlərində, daha doğrusu, 700-dən yuxarı yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilərin seçmək və seçilmək hüququna malik olanları seçki məntqələrində onların azad, sərbəst, şəfaf, demokratik şəkildə səs vermələri üçün yaradılmış münbit şəraitdən razılığı təbiidir. Seçki gününə qədər aparılan ideoloji iş, təbliğat və təşviqat da kəlbəcərlilərin seçki məntəqələrinə kütləvi şəkildə axınına səbəb olan amillərdən idi.
Biz də media mənsubu olaraq baş çəkdiyimiz seçki məntəqələrində bunun şahidinə çevrildik. Ürəkaçan göstərici təkcə bir-iki məntəqədə deyil, demək olar ki, əksər yerlərdə nəzərə çarpırdı. Günortaya yaxın seçicilərin əksəriyyətinin kampaniyada yüksək səviyyədə iştirak etməsi, çox güman ki, onların öz layiqli namizədlərinə səslərini əsirgəməməyin də sübutu və ya ifadəsi idi.
Bir sözlə, kəlbəcərli seçicilərin builki seçkilərdə yüksək fəallığı dövlətçiliyimizə, onların doğma torpaqlarını işğaldan azad edən siyasətə səs vermələri kimi qiymətləndirilirdi. Hər kəs öz fikrini açıq deyirdi: “Qarabağ Azərbaycandır!”
1993-cü ilin aprel aynın əvvəllərindən doğma Kəlbəcərindən didərgin düşüb respublikanın 60-a yaxın rayonunun 700-dən artıq yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilərin 28 illik yurd ağrısı, niskili onlara dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində təsəlliyə səbəb olub. Belə ki, onlar da, digər işğal olunmuş rayonların əhalisi kimi, dövlətimizin başçısının apardığı siyasət nəticəsində doğma yurd-yuvalarına (dağılmış, daşı daş üstündə olmasa belə) dönəcəklərinə qəti əmin idilər. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edərək, Zəfərlə son yetən İkinciQarabağ müharibəsindən sonra xalqımızın ən qəlbiyaralı təbəqəsi olan keçmiş məcburi köçkünlər də seçkilərdə məhz fəallıq göstərdilər.
Gəncə şəhərindəki 600 ailəlik qəsəbədə Kəlbəcər rayon 123 saylı Dairə Seçki Komissiyasının 22 saylı Məntəqə Seçki Komissiyasının Sədri İbrahim Sadıqovdan aldığımız məlumatda deyilir: “… 2003-cü il tarixdən məntəqə sədri vəzifəsində bu siyasi tədbirdə iştirak edirəm.
Builki kimi Kəkbəcər rayon seçicilərinin yüksək əhval-ruhiyyədə, bayramsayağı şəraitdə seçki məntəqəsinə gəlmməmişdi. Əlbəttə, sevindirici haldır ki, 30 ildə kəlbəcərlilər ümidlə yaşadılar və nə vaxtsa Kəlbəcərdə də səs verəcəkləri günü səbirsizliklə gözlədilər. Ona görə də həmişə Ulu Öndər Heydər Əliyevin siyasətinin dəstəkləyicilərinə çevrildilər. Cənab İlham Əliyevin 2003-cü ildən başlayan prezidentlik dövründədə hər seçkidə kəlbəcərlilər fəallıqları və öz sevimli Prezidentini yenidən layiq olduğu kürsüdə görmək üçün Ona səs verdilər…”Bəli, mətəqə sədrinin də xüsusi qeyd etdiyi kimi, builki növbədənkənar Prezident Seçkilərində də kəlbəcərlilər öz layiqli namizədinə, Müzəffər Ali BaşKomandana öz səslərini vermək üçün seçki məntəqələrinə axın etdilər. Nəticədə bu fəallıq yüksək səsçoxluğunda özünü göstərdi.
Məntə sədri deyi:
-89 yaşlı seçici – Nədirxanlı kənd sakini İlyasova Pükə İsmayıl qızına bildirişlər paylanan zaman təklif etdik ki, daşınan qutu gətirək,evdə səs ver. O isə bundan qəti imtina edərərk dedi: “…Mənə nə olub ki, məntəqəyə gəlməyim? Kəlbəcərlilər 100 yaşamayanda özlərini bağışlamırlar. Məni Kəlbəcərimə qovuşduran qəhrəman Prezidentimin seçilməsi yolunda əziyyət çəkməyim mənim vətəndaşlıq borcumdur. Özüm gəlib Qəhrəman İlhamıma səs verəcəm. Mənim oğlum yoxdur, 3 qızım vardı, amma Prezidentim mənim balamdı, oğlumdu, özüm gəlib səs verəcəm və ordan da onu təbrik edəcəm, ona quban olum, Qarabağı azad elədi, erməni gavırlarından təmizlədi, Kəlbəcərimizi azad edib bizə verdi…”
İbrahim Sadıqovda jurnalistlik qabiliyyəti olduğu üçün fikirlərini çox açıq və səlist ifadə edərək bildirir ki, əslən Kəkbəcərin Zəylik kəndindən olan, müvəqqəti Göygöl rayon Xasabağı kənində yaşayan 79 yaşlı Bayramov Haqverdi də eynən Pükə nənə kimi danışdı:
-Ona da daşlnan qutu təklif etdik, Bildiriş paylayan zaman imtina edərək dedi: “Mən Müzəffər Ali Baş Komandanımın yolunda ölümə gedərəm, çünki, 3 ildir ki, mən dədə-baba torpağıma qovuşdurub. Bu sevinci bizə yaşadan Prezidentimizin yolunda mən xəstə də olsam, yeriyə bilməsəm belə, sürünə-sürünə gələrəm, amma nə olub ki?! Hələ Kəkbəcəri ziyarət edəndən sonra daha da gümrah olmuşam: dizimə taqət, ürəyimə təpər, cismimə qüvvə gəlib, orada , Kəlbəcərdə yaşamağa gedəcəm. Mən istərdim ki, Prezidentimizi ömürlük seçək.
Qızıl Tarix yazan Qəhrəman Sərkərdəmiz İlham Əliyev ömürlük bizim Prezidentimiz olsun. Xahiş edirəm, mənim səsimi, arzumu, çatdırın Prezidentimə”.
Daha bir kəlbəcərli, ömrünün 92-ci fəslində seçki məntəqəsinə gələn, Kəlbəcər rayonunun Aşağa Ayım kənd sakini Abbasova Samaya Vəli qızı da digər seçicilər kimi, ürəyisevinclə, gözləri sevinc yaşları ilə dolan nənə nələr demədi? O qəti surətdə daşınan qutu istəməyib və seçkilərdə iştirak eləməyi özünə borc bilib. Fikrini də belə ifadə edib: “Mənə qutu-zad lazım deyil, mən özüm gələcəm. Bizi illərin təhniz-töhməti olan Qatabağ yarasından, torpaq həsrətindən qurtardı Prezidentimiz!
Yaxşı xatırlayıram, Kəlbəcərdən didərgin düşüb Murovdağın qarlı-tufanlı günlərində dağlarda qalan kəlbəcərli qocalar, qarılar Heydər Əliyevi haraylayır, ondan imdad diləyib deyirdilər: “Bizi bu bəlalardan Heydər Əliyev xilas edə bilər! Bizə Heydər lazımdır! Heydər! Heydər! Heydər! Heydər Əliyev də səsimizi eşidib gəldi və onun balası İlham Əliyev bizi Qarabağ dərdindən, Kəlbəcər həsrətindən qurtardı!
Bu insanın yolunda vallah bu yaşda hər hara olur-olsun əziyyət çəkmək nədi, ölüm yolu da olsa getməyə hazıram. Gəlib səs də verəcəm Kəlbəcəri bizə qaytaran balamıza”…
Bəli Səmayə nənə də məntəqəyə gəlib, toy-bayram əhval ruhiyyəsilə…
Seçicilərə gözəl xidmət göstərən məntəqə seçki komissiyasının sədrindən və üzvlərindən (katiblər- İlyasov Səfər Əli oğlu, Şirinov Əli Bayram oğlu, üzvlər – Alıyev Əhliman Hətəm oğlu, Bayramov Mikayıl Rafiq oğlu, Bayramov Osman Haxverdi oğlu, öz təşəbbüsləri ilə seçkilərdə müşahidəçi qismində iştirak edən gənclərdən – Şirinzadə Ülkər Əli qızı, Sadıqzadə Ələkbər İbrahim oğlu, Mürsəlov Zamiq Zabil oğlu, Muradov Aygün Vaqif qızı, Məmmədova Gülşən Həşim qız, Şirinzadə Şirin Əli oğlu, Novruzov Paşa Məhəmməd oğlu, Muradov Elvin İlham oğlu, Ələsgərov Elmir Vurğun oğlu, Ağayev Nemət Abbas oğlu, Ağayeva Yasəmən Azad qızı) razılığını bildirib. Çünki onların hər biri seçkilər başa çatnadək öhdələrinə düşən bütün vəzifələri tam Seçki Məcəlləsinə, Təlimat və qaydalara uyğun şəkildə icra ediblər.
Sonda məlum olub ki, 22 saylı seçki məntəqəsinin göstəricilıəri 123 saylı DSK üzrə ən qabaqcılı və öndə olub.
İbrahim Sadıqov onu da sonda vurğuladı ki, məntəqədə seçilər siyahısı üzrə səs verənlərin sayı715 nəfər idi, bundan 10 nəfər digər ərazilərdə işlədiyi üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi alaraq qeydiyyatdan çıxmışdır. Buna görə də 554 nəfər seçkiyə gələrək səsvermədə iştirak etmişdir. Növbədənkənar Prezident seçkilərinə qatılan 7 namizəd arasında Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə Əliyev İlham Heydər oğlu 506 səslə 91.3 faiz səs toplamışdır.
Bu münasibətlə, biz də Qalib olmağa bütün sahələrdə layiq olan və yenidən, həm də yüksək səsçoxluğu ilə Azərbaycan Prezitenti seçilən dövlətimizin başçısını, müzəffər qalibiyyətinə görə təbrik edirik!
Bu ilin may ayında Kəlbəcərdə, kəlbəcərlilərlə görüşdə təbrik etmək üçün dağlara səsləyirik!
Məhəmməd NƏRİMANOĞLU,
“Yenilik-press” qəzetinin və sayının baş redaktoru