
Tanınmış vəkil, hüquqşünas Tahir Əlirzayev vəfat edib.
Bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Feysbukda qeyd edib.
O bildirib ki, T.Əlirzayev bu gün koronavirusdan dünyasını dəyişib.
T.Əlirzayev bir müddət idi ki, xüsusi rejimli xəstəxanaların birində koronavirusdan müalicə olunurdu.