Tanınmış pediatrdan çağırış: “Efirlərə psixoloqları çıxartmaq lazımdır”

0
516

“Qadağalar sərtləşdikcə insanların psixoloji durumu da gərginləşir. Bu, təbiidir!”

Bunu tanınmış həkim-pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, ümumi (epidemiya) problemin üzərinə fərdi problemlər də əlavə olunur:

“Kütləvi psixozun nəticəsi yaxşı olmaya bilər. Efirlərə təsadüfi adamları çıxarıb virusun genotipindən danışdırmaqdansa, meyxanaçılara yer verməkdənsə psixoloqlara yer verilsə yaxşıdır!”