Təskinlik çarədir?

0
31


Baxır nəyə. Və təskinliyin olmağına, yəni səni narahat edən problemlərin həlli yoluna və yaxud onu problem edəcək fikrindən vaz keçməyə…
Məncə son fikir möhtəşəm… Amma buna böyük və möhtəşəm ürək lazım…
Niyə? Çünki insanlar çox fərqli və təskinliyə ehtiyacları olanlardı.
Baxır nəyə?
Bəli: ölüm, xəyanət, can ağrısı, ehtiyaclar, varlıq itkisi və … anlaşılmazlıqlar…
Bəs bütün bunların təskinliyi nədə?
İmtahan dünyasında.
Bəli, hər birimizin varlığı bu imtahanlardan keçir. Həyat budur. Kimin səbri, inamı, iradəsi varsa təskinlik tapacaq. Bəli, bu çarədir. Həyatımızı idarə edəcək çarə. Qəlbimizi sevinclərdən mərhum etməyəcək çarə.

  • Dediklərimiz kimdəsə olmasa, o deməli ömür boyu əziyyət çəkəcək?
  • Ömür boyu deyil, müəyyən zamanlarda…
    Fasiləsiz dərd, əziyyət ömrə son qoyur. Mən ömür boyu əziyyət çəkmişəm deyənlərə inanmayın. Əziyyət hər birimizə verilir və ona dözməyə səbr, ona öyrəşməyə və qurtulmağa çarələrdə. Buna inanmaq təskinlikdir, çarə deyil.
    Çarəni tək Allahdan istəməyək…
    Özümüz həm dözümlü olmağa çalışaq, həm də bacarıqlarımıza, biliklərimizə, dünya görüşlərimizə, maddi və mənəvi imkanlarımıza uyğun çarələri işə salaq. Heç vaxt çox maddi imkan arzulamayaq. Çünki maddi imkan nə qədər istədiyimizə çatmağa imkan verirsə, bir o qədər də başqa problemlər yaradır. Kimlərəsə kömək etməyə çalışmaq bu problemlərə aid deyil.
    Problemlər kef çəkməyin düzgün yolunu tapmaqla bağlı olur. Bəli, birinci bunu öyrənək. İmtahan dünyasının şərtlərini aşmayaq. Sənubər Səhər