Təklif verildi: Hərbi xidmətə çağırış yaşı 37-yə qaldırılır

0
16

Ermənistanda məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılmasını təklif edirlər.

Müvafiq qanunvericilik təşəbbüsü ilə hakim “Mülki müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan çıxış edib.

Təklifdə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər, həmçinin “Dövlət rüsumu haqqında” qanuna və Ermənistanın Cinayət Məcəlləsinə əlavələr daxildir.

Xidmətdə olmanın yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına kimi vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif edilir. Bu məbləğ hərbi xidmətdən yayınan 27 yaşından yuxarı vətəndaşlara cinayət məsuliyyətindən yayınmağa imkan verəcək.

Təşəbbüsün məqsədi çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır.