Təhsil naziri təmirsiz məktəblərdən danışdı – VİDEO

0
272

“Məktəbləri kənd və şəhər deyə ayırmazdım. Azərbaycanda məktəblərin 75 faizi son 20 ildə təmir edilib”.

Bunu açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, digər təmirsiz məktəblərə gəlincə növbəli əsaslarla, müxtəlif dövlət proqramları ilə onların təmiri həyata keçirilir:

“Bizim hesablamalarımıza görə, hazırda 900-dən artıq məktəbdə problemlər var. Bunlar əsasən daha az şagird sayı olan məktəblərdir. Çünki 100-ə qədər şagirdi olan məktəblər binaları modul tipli tədris müəssisələri ilə əvəz olunub. Dediyim kimi, bu məktəbləri birdən-birə tikmək mümkün deyil. Biz bu ardıcıllıqla gedəriksə, növbəti illərdə bu problem həll olunacaq. Ardıcıllığın da çox sadə alqoritmi var, biz çalışırıq ki, hər bir bölgədə bir və ya iki məktəbi biz təmir edək.”.