Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi – VİDEO

0
33

Hindistan istehsalı olan “Pinaka” raket sistemlərinin ilk partiyası artıq Ermənistandadır.

Bu barədə “Hindistan Müdafiə Araşdırmaları Qanadı” (IDRW) məlumat yayıb.

Qeyd edək ki, “Pinaka” sistemlərinin İrəvana verildiyi xəbəri Ermənistan mediasında yayılsa da, bu ölkənin Müdafiə Nazirliyi məlumatı təsdiq etməkdən yayınmışdı.

Hindistan mediası isə 80 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik olan raketlərin ilk partiyasının İrəvana çatdırıldığını yazır.

Ermənista Müdafiə Nazirliyi bu xəbəri təkzib etsə də, rəsmi İrəvanın Dehli arasında “Pinaka” raket sistemlərinin alınması ilə bağlı müqavilə hələ 2022-ci ildə imlzanmışdı. Həmin vaxt yayılan məlumata görə, İrəvan raket sisteminin 3 modelini sifariş etmişdi. Görünür, sifarişin ilk partiyası artıq Ermənistan ordusunun arsenalına daxil edilib.

Hind mifologiyasına görə, “Pinaka” Şivanın oxunun adı olub. Rəvayətə görə, Şiva bu oxu vasitəsilə iblisin şəhərlərini məhv edirmiş.

Erməni hərbi ekspert Eduard Arakelyan “Pinaka” sistemlərinin Rusiya istehsalı olan “Qrad” və “Smerç” raket kompleksinə bənzədiyini, 214 kalibrli olduğunu və 100 kiloqramlıq döyüş başlığı daşıdığını bildirib. Onun sözlərinə görə, Ermənistanın heç vaxt belə bir silahı olmayıb.

“Pinaka” müəyyən mənada Rusiya istehsalı olan 220 millimetr kalibrli “Uraqan”a da bənzəyir”, – o bildirib.