Təbiətlə insanın bənzərtisi

0
312

O da günəş kimi doğular, günəş kimi batar. Ay kimi qaranlıqda parıldar, külək kimi əsən günləri olur.
Yağış kimi yağan göz yaşları olur. Dəniz kimi dalğalanan günləri olur. Daim becərtdiyi torpaq onu qoynuna alır.
Şaxta kimi donduğu vaxtlar da olur. Daş kimi qaldığımız vaxtlar olur. Çay kimi ömrümüz də axır. Çiçək kimi ömrümüz var. Gözəl doğulur, solmuş kimi gedirik.
Ağaclar kimi torpağa bağlıyıq, külək olanda əsirik, tökülən yarpaqlar ömrümüzdən keçən günlərdir.
Qara bürünmüş təbiət isə insan həyatının aydınlığıdır. Hər qar damlası isə ömrümüzün günlərinin damla-damla aydınlığa çıxmasını bildirir.
Ömrümüzün varlığının təbiətlə həmahəngliyini saymaqla bitməz. Ömrümüzün də, təbiətin də qasırğalı günləri də olur. Təbiət də insandan can alır, insanlar da insanlardan…
Təbiətin də iki üzü var, insanların da. Dolan buludlar insanların ahıdır. Təbiətin öz musiqisi var, insanların da. Təbiətə qarşı olan haqsızlıqlar, insanlardan da yan keçmir.
Təbiətin hər halından insanlara pay düşür. Etdiklərimizin əvəzi ilk növbədə təbiətdən gəlir.
İnsanlar kimi təbiətin halları da bir- birilə savaşır. Təbiət öz yaratdıqları ilə necə davranırsa, insanlar da eləcə…
Təbiət öz yaratdıqlarının sevincini də acısını da görür, insanlar da həmçinin. Bitməz bilməyən dualarımız təbiətin səsi ilə həmagəngdir.
Təbiətlə insanın xoş yaşantılarının daha çox olması ilə, bənzərliklərinin ruh oxşaması ümidi ilə yaşayaq.

Sənubər