
Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb.
Bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmaldır: “Hazırda bu istiqamətdə işlər gedir. Bildiyiniz kimi, 2023-cu il Türk Dünyasının mədəniyyət paytaxı elan edilib. Ümid edirəm ki, həmin ildən turistləri qəbul edə biləcək”.