Bu gün Şuşa Fatehi Mingəçevir şəhid Təbriz İldırım oğlu Cüməzadənin 4- cü il dönümü qeyd olundu .
Tədbirdə Qəbələ, Mingəçevir, Zaqatala, Oğuz və. s region şəhid ailələri, qazilər, medya nümayəndələri Mingəçevir icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanları əməkdaşları, idarə müəssisə, təşkilat rəhbərləri, məktəb müəllimləri, şagirdlər,şəhidin aile üzvüləri, yaxınları iştirak etmişdir.
Əvvəlcə şəhidin məzarı üzərinə tər çiçəklər qoyulmuş ruhuna dualar oxunmuşdur.
Sonra Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhidin valideynləri çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir.
Region şəhid ailələri şəhidin yaxınlarına başsağlığı vermişdir.
Tədbir Mingəçevir mərasim evinde ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri