Suriyadan Türkiyəyə ilk yüksək səviyyəli səfər – Görün Ankaraya kimlər gedir

0
11

Əsəd rejiminin süqutundan sonra Suriyadan Türkiyəyə ilk yüksək səviyyəli səfərin tarixi açıqlanıb.

Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani, müdafiə naziri general-mayor Murhaf Əbu Kasra və Suriya kəşfiyyatının direktoru Enes Xəttab sabah Ankaraya gedəcək.

Səfər zamanı hər iki ölkənin rəsmiləri təhlükəsizlik, sərhədlərin idarə olunması və regional əməkdaşlıqla bağlı mühüm danışıqlar keçirəcəklər.

Danışıqların Suriyadakı yeni administrasiya ilə Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində kritik addım olduğu bildirilir.