Suriyanın yeni hakimiyyət orqanları üç ay ərzində ölkədə konstitusiyanın fəaliyyətini və parlamentin işini dayandırmaq qərarına gəlib.
Bu barədə yeni hakimiyyətin nümayəndəsi Ubeida Arnaut məlumat verib.
“Bu keçid dövrü üç ay davam edəcək. Bizim prioritetimiz qurumları qorumaq və saxlamaqdır”, – o əlavə edib.
Arnaut qeyd edib ki, konstitusiyanın tədqiqi və sonradan düzəlişlər edilməsi üçün ixtisaslaşmış komitə yaradılacaq. Bundan əlavə, o, Suriya xalqına qarşı cinayət törədənlərin hamısının qanun əsasında mühakimə ediləcəyini vurğulayıb.