Süleyman Dəmirəlin oğlu koronavirusdan vəfat etdi – Foto

0
306

Türkyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin mənəvi oğlu Əli Çətin Şənər koronavirusdan vəfat edib.

Əli Çətin Şənər mərhum prezidentin xanımı Nəzmiyyə Dəmirəlin qardaşıdır, 8 yaşından Süleyman Dəmrəlin evində yaşayıb.

Bu barədə Doğru Yol Partiyasının üzvü Mühsin Alnıaçlk məlumat verib. O, deyib ki, övladları olmadığı üçün 8 yaşından Dəmirəlin evində böyüyən, evlənəndə belə Dəmirəl ailəsi ilə daim yaxın ünsiyyət saxlayan, hər gün birgə yemək yeyən və Dəmirəlin hesab-kitabı kimi məsələləri etibar olunan Əli Çətin Şənər vəfat edib.