Sirdaşı olanlar xoşbəxt sayıla bilər

0
1665

İnsan qəlbindəki duyğuları daima kiməsə anlatmağa ehtiyac duyur. Duyğularını hər zaman paylaşa bilən adam xoşbəxt sayıla bilər. Həyat bizə bu xoşbəxtliyi təəssüf ki, hər zaman vermir. Çünki, xarakterlər eyni deyil. Arzular çox zaman əməllərlə uyğun gəlmir. İnsan həyatındakı fərqli dönəmlər də buna yol vermir.
Bu barədə söhbət açmaq bizi xoşluqdan uzaqlaşdırır. Bu açılışda pessimist və optimist olanlar da fərqli duyğularını paylaşa bilər. Hər kəsə sirrini aça bilənlər optimist qrup arasında daha çox ola bilər.
Pessimist qrupa isə xoşbəxtlik hər zaman nəsib olmur. Mənim fikrimcə isə insanları qruplara ayırmaq heç də xoş deyil. Hər birimiz müxtəlif təsadüflərlə üzləşə bilərik. O zaman xarakterlər də müxtəlif fəsadlarla üzə çıxır.
Sonunda aydın olan sirr saxlamağın hər bir qrupa aid olmasıdır. Sirdaşı olan da xoşbəxt sayıla bilər. Ancaq xoşbəxtlik də təkcə sirdaşından asılı deyil. Yüzlərlə halı birləşdirən insanlıq da həyatın sonunu bəlli etmir.
Düşüncələrimizin doğru yolda qovuşması xoşbəxtliyin açarıdır. Nə olursa-olsun, bu xoşbəxtliyi qorumaq üçün qayğılarımızı düzgün yolda birləşdirəcək sirdaşlarımız əskik olmasın.

Sənubər