Ceyms Kuk Universitetinin avstraliyalı alimləri aşkar ediblər ki, siqaret kötükləri su yollarını ağır metallardan təmizləmək üçün istifadə edilə bilər.
Tədqiqat “Chemical Engineering Science” (CES) elmi jurnalında dərc olunub.
Təcrübələrdə istifadə edilən siqaret kötükləri siqaret tullantılarından ətraf mühitin çirklənməsi ilə mübarizə aparan “No More Butts” təşkilatı tərəfindən təmin edilib.
Komanda tütün tullantılarını oksigensiz kamerada qızdıraraq biokömürə çevirib. Nəticə yüksək məsaməli bir material yaranıb.
Testlər göstərib ki, ortaya çıxan karbon filtrləri tullantı sularından misin 53%-ni və nikelin 95%-ni təmizləyir.
Əvvəllər həmin alimlər qrupu bioloji tullantılardan karbondan istifadə etməklə su anbarlarını fosfor və azotdan təmizləməkdə uğur qazanmışdı. İndi komanda digər çirkləndiriciləri, o cümlədən əczaçılıqdan təmizləmək üçün siqaret kötüklərindən kömürü sınaqdan keçirməyi planlaşdırır.
Kəşf hər il dünyada milyonlarla ton təşkil edən siqaret tullantıları problemini həll edərkən suyun çirklənməsi ilə mübarizədə mühüm addım ola bilər.