Simonyan qərar verdi: 6 gün sonra Paşinyan istefaya göndəriləcək – İrəvanda qarşıdurma

0
82

İyunun 17-də Ermənistan parlamentinin növbədənkənar sessiyası keçiriləcək. Sessiyada hökumətin istefası ilə bağlı müraciətə baxılacaq.

“Ermənistan” və “Şərəfim var” fraksiyaları hökumətin istefası tələbi ilə parlamentə müraciət ünvanlayıb.

Müraciətdə iddia olunur ki, Ermənistanın suverenliyi təhdid altındadır.

“Hazırkı hakimiyyət ölkənin müdafiəsini, təhlükəsizliyini, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını təmin edə bilmir. Ermənistan rəhbərliyi siyasi razılığa əsasən sarsıntısız və sülh yolu ilə peşəkar, nüfuzlu və səriştəli insanlar tərəfindən ələ keçirilməlidir”, – müraciətdə bildirilir.

Ermənistan konstitusiyasının 100-cü maddəsinə əsasən parlament deputatların belə bir təşəbbüsünü müzakirəyə çıxarmalıdır. Spiker Alen Simonyan qanuna əsasən “Hökumətin istefası və yeni hökumətin formalaşdırılması zərurəti haqında” sərəncam imzalayıb. Sərəncama əsasən 17 iyunda saat 18:30-da Ermənistan parlamentinin növbədənkənar ssesiyası keçiriləcək.

Lakin parlamentdə çoxluq təşkil edən hakim partiyanın növbədənkənar sessiyanı boykot edəcəyi gözlənilir. “Hraparak” yazır ki, hakim “Mülki müqavilə” fraksiyası sessiyada iştirak etməmək qərarına gəlib.

“İştitrak etməyəcəkləri təqdirdə kvorum olmadığı üçün iclas keçirilməyəcək”, – nəşr yazır.

Qeyd edək ki, hökumətin istefası və Nikol Paşinyanın impiçmenti təklifini müxalifətin aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstyan 9 iyun mitinqində irəli sürüb. O, parlamentdə müxalifət fraksiyalarına bu istiqamətdə addım atmaq çağırışı edib. Bu, keşişin rəhbərlik etdiyi hərəkatın son kartlarından biridir və görünür, Paşinyan hakimiyyəti boykot gedişi ilə bu imkanı da müxalifətin əlindən alacaq.