Mərkəzi Afrika Respublikasının şimalında Ndele şəhərində silahlı qruplar arasında çıxan qarşıdurmalarda 50-dən çox insan ölüb.
Bu barədə “Sinxua” agentliyi bildirib.
Bildirilib ki, artıq 53 nəfər dəfn olunub: 28 silahlı və 25 mülki şəxs. Döyüşün episentri mərkəzi şəhər bazarı olub.
Daha əvvəl France Presse xəbər verib ki, Ndeledə baş verən qarşıdurmalarda ən azı 25 nəfər, o cümlədən 21 mülki vətəndaş ölüb və təxminən 50 nəfər yaralanıb.